Nağd pulların ömrünə az qalıb (mövqe) | Banco.az

Nağd pulların ömrünə az qalıb (mövqe)

Böyük Britaniya onlayn ödənişlərin qəbulu servisinin baş icraçı direktoru Saymon Bleyk, kağız pulların gələcəyi ilə bağlı proqnoz verib. Ekspertin şərhlərini qısa şəkildə belə formalaşdırmaq olar.

 Onların sayılı günləri qalıb

Mobil ödənişlərin gündən günə inkişafı, kağız pulların mövcudluğunu şübhə altına salır. Ola bilsin ki, cəmi bir neçə ildən sonra banknotlar və dəmir pullar istifadəçilərin pulqabılarını həmişəlik tərk edəcək.

Zaman keçdikcə rəqəmsal ödəniş alətlərinin istifadəsi müasir pul köçürmələri landşaftında daha çox kök salacaq. 2016-cı ilin sonuna, təmassız texnologiyadan istifadə edən mobil pulqabıların sayı 200 mln-a çatacaq.

Bleyk hesab edir ki, smartfonlar vasitəsi ilə təmassız ödənişlərin həyata keçirilməsi növbəti 10 illik ərzində istifadəçilər üçün adi bir hala və vərdişə çevriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Biz ödənişlərdə gerçəkləşən inqilabın şahidləriyik. Mobil pulqabiları, virtual ödənişlər və biometrik təhlükəsizlik sistemi bizim vərdişlərimizi dəyişdirir və bizi daima üzərimizdə nağd vəsait daşımaq məcburiyyətindən xilas edir. 2025-ci ildə doğru pulların ənənəvi mahiyyəti köhnəlir.   

Bu cəsarətli proqnoz sözügedən sahənin heyrət doğurucu artım templərinə bağlıdır. Gartner tədqiqat firması hesablayıb ki, 2015-2017-ci illərdə mobil telefonlar vasitəsi ilə alış-verişin həcmi 35% artacaq.

Alıcılar artıq məhsulların dəyərini kartla ödəməyə alışıblar, ona görə də ödəniş funksiyasının telefona, saata və ya digər daşına bilən əşyaya köçürülməsi sadəcə ilk baxışda çətin görünəcək.  

Texnologiya pullara və köçürülmələrin keçirilməsinə çıxışı asanlaşdırıb. Indiyə qədər nağd pullar, çeklərin, maqnit zolaqlı, çipli və ya tammassız plastik kartların olmasına rəğmən öz nağd şəkildə həyatını sürdürməyə müvəffəq olub. Bundan sonra, heç olmasa növbəti 10 illikdə onların yenə də öz mövqeyini qoruya bilib-bilməməsini isə zaman göstərəcək.

 

Ən sərfəli krediti almaq üçün müraciət et