Devalvasiyanın yaşanması ilə banklar problemli kreditlərdən əziyyət çəkməyə başladı və bu bankların kreditvermə strategiyalarına da təsirsiz ötüşmədi. Kreditvermə şərtlərində dəyişikliklər və nəzarətin güclənməsi halı təbii ki, başadüşüləndir. Bəs, ödənişlərini edə bilmə gücünə sahib müştərilər kreditə ehtiyacı olduğu zaman nə etməlidir və hara müraciət etməlidir?
Bu günkü məqaləmizdə kredit verən banklar və onların tələblərini bir yerə topladıq.
Qeyd edək ki, araşdırmamızı nağd pul kreditləri üzərində aparmışıq.
Bank |
Məbləğ |
Müddət |
% dərəcəsi |
Təminat |
AccessBank |
500-10000 USD |
12-36 ay |
27% |
Zamin |
ASB Bank |
500 USD |
12-24 ay |
10-12% |
Zamin |
*Azər Türk Bank |
1000-10000 AZN |
12-24 ay |
18-20% | --- |
*Beynəlxalq Bank |
300-15000 AZN |
12-36 ay |
21-23% |
Zamin |
Dəmirbank |
500-10000 USD/AZN |
3-36 ay |
27% |
Zamin |
Expressbank |
300-1500 USD |
3-36 ay |
24% |
Zamin |
*Kapital Bank |
300-15000 AZN |
3-24 ay |
28% | --- |
*Parabank | --- | 12-60 ay | 26-27% |
--- |
Nikoil Bank |
300-10000 USD |
12-48 ay |
27-28% |
Zamin |
Rabitəbank |
200-10000 USD |
3-36 ay |
27% |
Zamin |
*Unibank |
300-1000 AZN | 1-12 ay |
25-28.2% |
--- |
Xalq Bank |
500-10000 USD |
1-24 ay |
20-28% |
Zamin |
*Yapı Kredi Bank Azərbaycan |
250-10000 AZN/USD/EUR | 1-36 ay | 24% | --- |
* - Azər Türk Bank-dan nağd pul krediti almaq üçün borcalanın Azər Türk Banka məxsus maaş və ya pensiya kartı olmalıdır.
*- Beynəlxalq Bank-dan kredit götürən şəxslər əmək haqqı və təqaüdlərini bu bankdan almırlarsa, o zaman onlara zamin duran şəxslərdə banka məxsus maaş və ya pensiya kartı olmalıdır.
*- Kapital Bank-dan kredit almaq üçün borcalanın Kapital Banka məxsus maaş və ya pensiya kartı olmalıdır.
*- Unibank-dan kredit götürən şəxs təkrar müştəri deyilsə kredit ayrılmayacaqdır. Əgər təkrar müştəridirsə aylıq gəlir 200 AZN və daha yuxarı olduğu təqdirdə müraciət edə bilər. Bundan sonra müvafiq sənədlərə baxılacaqdır.
*-Yapı Kredi Bank Azərbaycan-dan kredit almaq üçün bankda əmanət hesabınız olmalıdır.
*- Parabank isə kredit verilişini girov (daşınmaz əmlak və ya qızıl) əsasında həyata keçirir.
Bildirmək istərdik ki, hal-hazırda "Bank of Baku"nun 22 illiyinə özəl olaraq Əmanət məhsulu üzrə elan etdiyi kampaniya çərçivəsində müştərilərə əmanət hesablarına bağlı nağd pul krediti təqdim olunur.
"Atabank"da da həmçinin təkrar müştərilərin və əmanət sahiblərinin kredit istəklərinə baxıla bilər.
Bir daha qeyd edək ki, bankdan kredit götürmək üçün sizdən tələb edilən iş yerindən arayış və ya sənədlər gəlirləri təsdiq edən sənəd qismində iş yerindən arayış, əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış, şəxsiyyət vəsiqəsinin surəti tələb olunacaqdır.
Təqdim edilən məlumatlar bankların çağrı mərkəzlərinə müraciət edilərək toplanmışdır. Ümidvarıq yaxın günlərdə cədvəldəki bankların sayı çoxalar.