Müvəffəqiyyət davranış deyil, vərdişdir | Banco.az

Müvəffəqiyyət davranış deyil, vərdişdir

Aristonun bir cümləsi var: “Biz mütəmadi olaraq təkrarladıqlarımızıq, ona görə də müvəffəqiyyət/mükəmməllik davranış deyil, vərdişlərdir.” Həyatda nə qədər çox yaxşı vərdişlərimiz olsa, o qədər uğurlu olacayıq. Ona görə də həmişə yeni vərdişlər kəşf edib onları inkişaf etdirməyə və özünüzə bir şeylər qatmağa çalışın. Budur inkişafınız üçün 5 vərdiş tövsiyyə:

1. Kağız üzərində günü bitirmədən günə başlamayın

Jim Rohn haqqında bəlkə eşitmisiniz. Dünya görüşü, cümlələriylə, bəhs etdikləriylə “milyonda bir” deyiləcək biriydi. Onun ən sevdiyim cümlələrindən biri budur, “Kağız üzərində günü bitirmədən günə başlamayın”. Düşünüləndə nə qədər önəmli, nə qədər böyük bir vərdişdir əslində. Tam mənasıyla “həyat dəyişdirən” bir tövsiyyə. Hər sabah gününüzü planlamanız, kağız üzərində edəcəklərinizin siyahısını hazırlamağınız uğurlu bir iş üçün çöx vacibdir. Bu vərdişi mütləq edin!

2. Əsla tək yemək yeməyin:

Həqiqətən sizə bəxş edilən və şəbəkə yaratmağınız üçün çox dəyərli  bir həyat fasiləsi var, yemək. Bu yemək fasiləsini nə qədər yaxşı istifadə etsəniz, o qədər faydalıdır. Məsələn, bu fasilədə köhnə dostlarınıza vaxt ayıra bilərsiniz.

3. Pul yığın:  

Çox insan pulu insana verdiyi özgüvəndən, cəsarətdən xəbərsiz olaraq yaşayır. Yaxşı qazanmalarına rəğmən çoxunun bir “pul yığma strategiyası” yoxdur. Bir günlük yaşamağı, qazandıqlarını xərcləməyi və ayın sonuna qədər sıfırdan başlamağı seçirlər. Halbuki, necə böyük itki verdiklərindən xəbərləri yoxdur. Bunun pula dəyər verməklə əlaqəsi yoxdur, əksinə, pulun sizə dəyər qazandırmasıdır. Kənarda çətin zamanlar üçün bir miqdar pulu olan insan daha rahat risk alar, gözlənilməyən krizləri daha yaxşı idarə edər və daha özgüvənli addım atar. Jim Rohn isə bu mövzuda belə deyər: “Zəngin insanlar ilə kasıb insanlar arasındakı fərq budur: Zənginlər əvvəlcə pul yığıb sonra qalan hissəsiylə yaşayar, kasıblar isə əvvəl yaşayıb, qalanını yığırlar.”

Ən sərfəli kredit üçün müraciət et

4. Televizora baxmağı tərgidin:

Vaxtınızı həm səmərəli, həm də əyləncəli keçirmək istəyirsinizsə izlədiklərinizi özünüz müəyyənlşdirin. Beləcə heçkimin düşüncənizi formalaşdırmağına icazə verməyin, istirahətinizi daha faydalı işlərə vaxt ayırın. Sizə ən vacib tövsiyyələrdən biri, televizorunuzu təcili bağlayın və vaxtı daha səmərəli idarə edin. Qazanacağınız zamana və dəyərə özünüz təəccüblənəcəksiniz.

5. Negativ insanlardan təcili uzaqlaşın:

Siz fərqində olmasanız da zəhərlənirsiniz. Pessimistlik bir formada şüuraltınıza daxil olur və ora yerləşir. Eynəkləriniz kirlənir, dünyaya daha ümidsiz baxmağa başlayırsınız. Halbuki ən çətin vəziyyətlərdə belə sevinəcək bir şey tapa bilərsiniz. İnsanların sizin enerjinizi tükətməsinə icazə verməyin. Siz onlara kömək edin, lakin özünüzün də quyuya düşməsindən ehtiyatlı olun. Alınmırsa uzaqlaşın. Bu sizinçün daha yaxşıdır.