Mütəxəssislər ofis işçiləri üçün dron yaratdılar | Banco.az

Mütəxəssislər ofis işçiləri üçün dron yaratdılar

Dronlar indi geniş yayılsa da, onlardan əsasən açıq meydançalarda istifadə etməyə çalışırlar.

Karlsrue Texnologiya İnstitutunun mütəxəssisləri ofis və laboratoriyaların daxilində işləyəcək, həmçinin müəssisələrin əməkdaşları ilə qarşılıqlı əlaqə qura biləcək dron yaratmaq qərarına gəliblər.

Yeni dronu hazırlamaq üçün Bitcraze şirkətindən Crazyflie 2.0-ı istifadə etməyə qərar verilib. Onun üzərində işləyərək insanların nitqini tanımağı və otaqda hədəfi müəyyənləşdirməyi öyrədiblər.

Ən sərfəli kredit üçün müraciət et

Dron, həmçinin binalarda olan çoxsaylı maneələrlə toqquşmalardan qaçmağa qadirdir.

Hazırda cihaz sınaqdan keçirilir və təkmilləşdirilir, çünki dronun uçuş idarəetmə sistemi hələlik mükəmməl işləmir və bəzən maneələrdən tam yayınmağı bacarmır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et