Mütəxəssislər “Apple AirTag” barədə həyəcan təbili çalır | Banco.az

Mütəxəssislər “Apple AirTag” barədə həyəcan təbili çalır

Müəllif - Aida İsaq, Banco.az

Baytarlar itləri izləmək üçün effektiv vasitə olan “Apple AirTag” barədə həyəcan təbili çalır.

Banco.az xəbər verir ki, heyvanların tez-tez qadceti udması onların sağlamlığı üçün ciddi təhlükə yaradır.

Sözügedən cihaz gəzinti zamanı itlərə nəzarət üçün zəruri aksesuara çevrilib. Lakin insanların sosial şəbəkələrdəki şikayətləri və baytarların təcrübəsi cihazdan ehtiyatsız istifadə sayının çoxluğunu göstərir. Oyun oynayarkən itlərin təkbaşına və ya digər heyvanın köməyi ilə cihazı yaxasından çıxara bilmə və ya udma riski var. Ən qorxulu məqam isə tərkibində müxtəlif zəhərli maddələr olan akkumulyatoru çeynəməyə çalışmasıdır. Mütəxəssislər heyvan sahiblərini ehtiyatlı olmağa və xüsusi yaxalıqlardan istifadə etməyi məsləhət görür.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et