Müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik - Rolf Reichardt | Banco.az

Müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik - Rolf Reichardt

Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “Sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqlədi

Fitch Ratings AccessBank-ın uzunmüddətli kredit reytinqini “BB” kateqoriyasında, “Sabit ” proqznozla “BB-” səviyyəsində təsdiqləyib, Banco.az bu haqda Bankınmətbuat xidmətinə istinadən məlumat verir. 

AccessBank Azərbaycanın maliyyə institutları arasında ən yüksək reytinqini qoruyub saxlayır. Agentlik həmçinin, Bankın Dəstək Reytinqini "3" səviyyəsində təsdiqləyib, bu da bankın səhmdarlar tərəfindən davamlı dəstəkləndiyinin göstəricisidir.

Ən sərfəli kredit üçün müraciət et

"Mövcud reytinq  Bankın cari bazar şəraitində sağlam mövqeyini əks etdirir. Güclü tərəfdaşlarımız və onların dəstəyini qazanmaq bu çərçivədə əhəmiyyətli bir aktivdir. Bazarda mikro, kiçik və orta sahibkarlığın maliyyələşdirlməsi üzrə aparıcı mövqeyimizə əsaslanaraq, biz rəqəmsal xidmət kanalları daxil olmaqla fərdi maliyyə xidmətləri göstərərək müştərilərimizə maksimum dərəcədə dəstək göstərməyə davam edirik” - AccessBank-ın İdarə Heyətinin sədri  Dr. Rolf Reichardt reytinqi şərh etdi.

Ən sərfəli krediti almaq üçün müraciət et