Müştərilər öz banklarını niyə dəyişir? | Banco.az

Müştərilər öz banklarını niyə dəyişir?

Marketinq kompaniyası YouGov tərəfindən aparılan araşdırma əmanətçilərin öz vəsaitlərini başqa banka daşıma səbəblərini üzə çıxarır.

Sorğuda 2 min  britaniyalı iştirak edib və nəticələr daha çox onlayn ödənişlərlə bağlı gözləntiləri əks etdirir.

  • Sorğu edilənlərin demək olar ki, yarısı (45%) bildirir ki, elektron köçürmələr ilə bağlı daha sürətli və rahat servis təklif edərsə, həmin bankda hesab açarlar.
  • Respondentlərin 40%-i isə, istəyir ki, internet ödənişləri dərhal gerçəkləşsin və qarşı tərəf pulu ya dərhal, ya da 5 dəqiqə içərisində əldə etsin.

Ani ödənişlər müasir bank xidməti istifadəçilərin əksəriyyətinin maraq dairəsindədir. Ödənişlərin gerçəkləşməsini, pulların hesaba oturmasını günlərlə gözləmək tələb olunan köhnəlmiş sistem artıq rəqabətə davamlı ola bilməz, xüsusən də bugünkü həyat ritmi ilə ayaqlaşa bilməz.

Ən sərfəli kredit üçün müraciət et

  • 65% insan kommunal xidmətləri anında ödəmək istəyər.
  • 60% kredit kartlarının balansını doldurmaq
  • 66% yaxınlarına və dostlarına pul göndərmək

Ödənişin gecikdirilməsi bank müştəriləri üçün ciddi qıcıqlandırıcı rolunu oynayır. Sorğu edilənlərin üçdə biri bunu vurğulayıb. Əmanətçilərin loyallığına daha çox nağdlaşdırmaya görə faizlər, yəni bankomatdan pulun çıxarılmasına görə faizlər (55%) və kredit kartlarından istifadəyə görə xərclər təsir edir (52%).