Müştərilər markaları sosial şəbəkələrdə nə üçün izləyirlər? | Banco.az

Müştərilər markaları sosial şəbəkələrdə nə üçün izləyirlər?

Bilirsiniz ki, artıq sosial media təkcə şəxsi məqsədlər üçün deyil, həm də müəssisələr, şirkətlər və markalar üçün də böyük əhəmiyyət daşıyır. Şirkətlərin sosial media hesablarının izləyici sayı, yayımladıqları yazıların insanlar tərəfindən aldıqları rəylər, paylaşımların neçə insana çatması və s. amillər çox mühüm əhəmiyyət kəsb edir.

Bəs, insanlar sosial mediada markaları hansı məqsədlə izləyirlər və ya əksinə hansı səbəbdən izləməyi dayandırırlar?

Sprout Social – ın araşdırmasına görə, müştərilər ən çox məhsul və xidmətlərdən xəbərdar olmaq üçün markaları sosial şəbəkələrdə izləyirlər. Belə ki, 2019 – cu ilin fevral ayında aparılan bir araşdırmada iştirak edən 1011 nəfərin 48%-i yeni məhsul və xidmətlərdən xəbərdar olmaq üçün markaları sosial media vasitəsilə izlədiklərini qeyd ediblər.

Markaları izləyənlərin 40%-i şirkətin xəbərlərindən məlumatlı olmaq, 38%-i isə kampaniyalardan xəbərdar olmaq üçün izlədiklərini deyiblər. İnsanların 36%-i isə oxşar hesablarla əlaqə yarada bilmək üçün markaları izləyirlər. Yenə 36%-lik qismi isə sevdikləri markalardan ilham almaq üçün onları izlədiklərini bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən araşdırmaya görə, hər hansı bir markanı sosial mediada izləyən insanların 56%-i müştəri xidmətlərinin zəif olması səbəbilə izləməyi dayandırırlar. Markanın profilinə uyğun olmayan əlaqəsiz kontent səbəbilə isə 51% insan izləməyi dayandırır.

Növbəti sırada isə həddindən artıq reklama yer verilməsi dayanır. Anket sorğusunu cavablayan insanların 43% - i reklamların həddindən artıq çox göstərilməsindən narahat olub markaları izləməyi dayandırdıqlarını vurğulayırlar.

35%-lik insan reklamların göstərilmə tezliyindən, 34%-lik kəsim isə markaların siyasi və sosial mövzulara yönəlməsindən narahat olurlar.

Həmçinin oxu: Sosial media hesablarından istifadəni asanlaşdıracaq 5 Onlayn vasitə

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et