Mustafa Koçun davamçısı bəlli oldu | Banco.az

Mustafa Koçun davamçısı bəlli oldu

Koç Holdinqdə mərhum Mustafa Koçun yerinə keçəcək olan ad məlum oldu. Verilən məlumata əsasən, Koç Holdinqin ilk ümumi məclis yığıncağına kimi Koç Holdinqin idarə heyətinin sədri vəzifəsinə Ömer Koç seçildi.

Ali Koç isə İdarə heyəti sədr müavini olaraq təyin edildi.Koç Holdinq İdarə heyəti sədri Mustafa Koç, keçirdiyi infarkt nəticəsində 21 Yanvarda rəhmətə getmişdi.

Ömer Koç kimdir?

Ömer Koç 1962-ci ildə Ankara dünyaya gəlmişdir. 1985-ci ildə Kolumbiya Universitetində Yunan Filologiyası üzrə bakalavr təhsilini tamamlamışdır. 1989-cu ildə Kolumbiya Universiteti Menecmentlik fakültəsinin MBA dərəcəsini alıb. İş həyatına 1985-ci ildə İsveçrədəki "Kofisa Trading Company"də satış işçisi olaraq başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Ömer Koç Mustafa Koçun qardaşıdır.

Qeyd edək ki, 2007-ci ilin əvvəlindən etibarən Koçbank Azərbaycan fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir. Bank adının dəyişdirilməsi təsisçisi olan strukturun (Koçbank) digər tərəfdaş bankla (Yapı Kredi Bankası) birləşməsi ilə əlaqədardır.

Ən sərfəli krediti almaq üçün müraciət et