Müsahibəyə gedərkən bu 11 amilə fikir verin | Banco.az

Müsahibəyə gedərkən bu 11 amilə fikir verin

Müsahibələr həyatımızın önəmli hissəsidir. Müsahibəyə gedərkən bu 11 amilə mütləq fikir verin:

Zaman: müsahibənin keçiriləcəyi yeri və vaxtı dəqiq öyrənin və  10 dəqiqə əvvəldən görüş yerində olun.

Paltar: görüşə gedəcəyiniz şirkətin missiyalarına uyğun geyinməyə çalışın.

Davranış: İş görüşünün keçiriləcəyi yerə getdikdə qarşılaşdığınız hər kəsə qarşı hörmətli olmağa çalışın.

Cv: CV-nizi hazırlayarkən, bütün bölmələri doldurmağa çalışın. Görüş əsnasında mütləq yanınızda cv-nizin bir nüsxəsi olsun.

Danışıq: Özünüzdən əmin bir formada danışın və dəqiq ifadələrdən istifadə edin.

Ən sərfəli kredit üçün müraciət et

Telefon: İş görüşü əsnasında cib telefonunu mütləq söndürün.

Sual cavab: Soruşulan suallara dəqiq cavablar verin.

Dəqiqlik: Söhbət əsnasında anlamadığınız bir şey olduqda mütləq soruşun və dəqiq cavablar tələb edin. 

Siqaret: Görüş əsnasında qarşı tərəf siqaret təklif etsə də qəbul etməyin.

Düzgün danışmaq: Görüş zamanı danışıq qaydalarına riayət edin. 

Təəssürat: Əvvəlki iş yeriniz barədə sual verildikdə, mənfi bir şey söyləməməyə çalışın.


Ən sərfəli krediti almaq üçün müraciət et