Müsahibəyə gedərkən bilməniz lazım olanlar | Banco.az

Müsahibəyə gedərkən bilməniz lazım olanlar

Özünüzü bilin

Müsahibəniz var və keçmişiniz və yazınızla əlaqədar soruşulacaq suallara hazırlıqlı olmalısınız. Əvvəlcə özünüzü necə izah edəcəyinizi düşünün. Sizi digər namizədlərdən ayıran xüsusiyyətləri aydınlaşdırın. İşi inkişaf etdirmək üçün nələr edə biləcəyinizi bilin. Ayrıca tipik müsahibə suallarına da hazırlıq olun. Karier hədəfiniz nədir? Son işinizdən niyə ayrıldınız? kimi...

Keçmişinizi bilin

İşə götürən sizi tanımadığından əlində yalnız sizin keçmişiniz var. Görüşməyə getmədən şübhəsiz özünüzə də bir kopiyasını alın. Müəyyən bir hissəsindən parça-parça sual soruşula biləcəyindən arada nəzər salmanız lazım ola bilər. Məsələn, bir işdə əldə etdiyiniz müvəffəqiyyət ağılınızda qalmamış ola bilər və sual soruşulduğunda çaşa bilərsiniz. Bu da işə götürən də etibarsız bir təəssürat buraxa bilər. Bu tip vəziyyətləri önləmək üçün keçmişinizi yaxşıca bilin.

Şirkəti bilin

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin kreslolarında oturub ətrafı seyr etməyə getmirsinizsə, əvvəldən mütləq firmanı araşdırmanız lazımdır. Artıq internetin çox məşhur və  hər şirkətin bir web səhifəsi olduğunu düşünsək, şirkət haqqında bir şey bilməmənizin hər hansı bir bəhanəsi ola bilməz. Buna görə getmədən kiçik bir araşdırma etmək görüşmənin gedişatı üçün yaxşı olacaq.

Soruşmaq istədiklərinizi bilin

Maraqsız görünən namizədlərin müsahibədə müvəffəqiyyətli olması haradasa qeyri-mümkündür. Cavablarını bilmək istədiyiniz və cavablarını bilməniz lazım olan şeyləri soruşun. Getmədən əvvəl bunları siyahı edin.

Müsahibəçinizi bilin

Əgər müsahibəçinizi əvvəldən öyrənmə şansınız varsa bunu qətiliklə öyrənin. Onun haqqında bir az araşdırma etmək görüşmək əsnasında çox işinizə yaracaq. Onu tanımanız və karieri haqqında məlumat sahibi olmanız onu təsir etmənizə kömək edəcək.

Ən sərfəli krediti almaq üçün müraciət et