Təəssüf ki, müsahibələr həmişə planlaşdırdığımız kimi getməz .
Xoşbəxtlikdən, müsahibəni müsbətə çevirmək üçün hər zaman bir neçə çıxış yolu vardır.
Biz bu yazıda müsahibədə olarkən stresslə necə başa çıxacağınızı müzakirə etdik.
Yaxşı keçməyən bir müsahibədən sonra edilməsi lazım olan 11 şey aşağıdakılardır:
1.Stressi aradan qaldırın.
Pis keçən müsahibədən sonra heç kim düzgün psixologiyada ola bilmir.Buna görə də, ilk növbədə istirahət etmək üçün özünüzə bir neçə saat vaxt ayırın və hər şeyi daha aydın dərk edəndə təcrübənizi bir daha gözdən keçirin.
2. Həddindən artıq çox reaksiya verməyin.
Əlbəttə, bir neçə suala düzgün cavab verib kiçik mərhələləri keçə bilərdiniz, ancaq yadda saxlayın ki, kiçik səhvlərin həmişə həlli mümkündür.
3. Səhv etdiyiniz məqamları təyin edin.
Utanma, hirs və bu kimi bəzi neqativ hissləri ortadan qaldırdıqdan sonra, artıq müsahibənizin sizi qane etməyən məqamlarını təyin etmək vaxtıdır.
4.Səhvlərinizdən nəticə çıxarın.
Kafein qəbulunun dayandırılması kim sadə bir şey belə növbəti görüşdə fərq yarada bilər.
5. Müsbət şeylərə də fikrinizi cəmləyin.
Bizə güvənin, bəzi şeylər vardır ki, ümidsizliyə qapılmağınızın qarşısını almaq üçün vacibdir. Bundan əlavə, bunlar vasitəsi ilə sizin, növbəti müsahibələrinizdə daha müsbət məqamları çoxaltmaq imkanınız olacaqdır.
6. Təşəkkür e-poçtu göndərin.
Bu, müsahibənin roluna olan marağınızı ifadə etmək və sizə vaxt ayırdıqlarına görə təşəkkür etmək üçün əla fürsətdir.
7. Onlara həqiqətən nə demək istədiyinizi izah edin.
Əgər bacarıqlarınızı fərqləndirən müəyyən aspektlər varsa, bu şansı mütləq dəyərləndirin və onlara bildirin. Beləliklə, işəgötürən müsahibənin bacarıqlarınızı tamamilə əhatə etmədiyini anlayacaq.
8. Amma üzr istəməyin (və ya səhvlərinizdən danışmağa vaxt sərf etməyin).
İşəgötürənin səhv etdiyinizi başa düşdüyündən tam əmin olmadığınız halda, yanlış etdiyiniz yerə diqqəti çəkməyin. Xüsusilə də müsahibədə səhv etdiklərinizə görə üzr istəməyin(həddindən artıq).
9.Əlavə görüş tələb edin.
Sizin təşəkkür e-poçtunuz ikinci bir şansı əldə etmək üçün əla fürsətdir.Müsahibənizin nəticəsini müsbətə çevirmək üçün əlavə 15 dəqiqə belə kifayətdir.
10.Bir şeyin üzərində çox düşünməyin.
Baş vermiş pis şeyləri çox düşünmək elə də yaxşı hal deyildir.Buna görə də, yaşadığınız xoşagəlməz vəziyyəti onun üstündə çox düşünərək daha da pisləşdirib, əhvalınızı korlamayın.
11. Axtarışa davam edin.
Nəhayət, pis keçən bir müsahibənin sizin bütün digər müsahibələrinizə pis təsir etməsinə imkan verməyin.Yenidən və yenidən bir daha cəhd edin.
Tərcümə: Güllü Nağıyeva, banco.az