Müsahibənin müvəffəqiyyətli keçməsi üçün nə lazımdır? | Banco.az

Müsahibənin müvəffəqiyyətli keçməsi üçün nə lazımdır?

İş görüşmələri işə başlamağın ən böyük addımlarından biridir. Bəs siz iş görüşməsinə tamamilə hazırsınız? Nələri bilmək lazımdır? 

Getməmişdən qabaq bu maddələri mütləq bilin!

Özünüzü tanıyın:

Müsahibəniz var və tərcümeyi-halınız ilə əlaqədar soruşulacaq suallara hazır olmalısınız. Əvvəlcə öz haqqınızda necə danışacağınızı düşünün. Sizi digər namizədlərdən fərqləndirən xüsusiyyətləri göz önünə çəkin. İş üçün nələr edə biləcəyinizi bilin. Həmçinin tipik müsahibə suallarına da hazır olun. Karyera hədəfiniz nədir? Son işinizdən niyə ayrıldınız? kimi suallar.

Tərcümeyi-halınızı bilin: İşəgötürən sizi tanımadığı üçün əlində yalnız sizin-tərcümeyi halınız var. Görüşə getməzdən qabaq mütləq özünüz üçün də bir surətini götürün. Müəyyən bir hissəsindən hissə-hissə sual soruşula biləcəyi üçün hərdən bir baxmaq lazım ola bilər. Məsələn, bir işdə əldə etdiyiniz müvəffəqiyyət yadınızda olmaya bilər və veriləndə çaşa bilərsiniz. Bu da işəgötürəndə etibarsız bir təəssürat buraxa bilər. Bu tip vəziyyətlərin qarşısını almaq üçün tərcümeyi-halınızı yaxşıca bilin.

Ən sərfəli kredit üçün müraciət et

Şirkəti tanıyın: Şirkətin kreslolarında oturub ətrafı seyr etməyə getmirsinizsə, əvvəlcədən mütləq firmanı araşdırmaq lazımdır. Artıq demək olar ki, bütün şirkətlərin veb saytı olduğunu düşünsək, şirkət haqqında hər şeyi bilmək heç də çətin deyil. Buna görə də getməmişdən qabaq kiçik bir araşdırma etmək, görüşün gedişatı üçün yaxşı olacaq.

Soruşmaq istədiklərinizi bilin: Maraqsız görünən namizədlərin müsahibədə müvəffəqiyyətli olması demək olar ki, qeyri-mümkündür. Cavablarını bilmək istədiyiniz və cavablarını bilməyiniz lazım olan şeyləri soruşun. Getməmişdən qabaq bunları hazırlayın.

Müsahibədə əmək haqqı sualı:

İş axtarışı prosesinin ən kritik nöqtəsi müsahibə mərhələsidir. Hər şey yaxşı gedirkən, əmək haqqı mövzusu birdən görüşün seyrini dəyişdirə bilər. Bəzən ümid etdiyinizdən çox aşağı bir ödənişlə qarşılaşa bilərsiniz, bəzən də söylədiyiniz qiymət çox aşağı olar və  bu da sizdə etibarsız bir görünüş sərgiləyə bilər. Odur ki, diqqətli olun.

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et