Müsahibə mərhələsini keçdikdən sonra verəcəyiniz əsas suallar | Banco.az

Müsahibə mərhələsini keçdikdən sonra verəcəyiniz əsas suallar

İşəgötürənlər əsla kor deyil. Öz görə bilmədiklərini daha yaxşı görə bilmələri üçün işə götürmə mütəxəssislərinə pul ödəyirlər. Müsahibələrdə istifadə edilən testlər, açar suallar və daha bir çox material nələr, nələr sizin qabiliyyətlərinizi, işə uyğunluq dərəcənizi yoxlayan köməkçi vasitələrdir. Yəni rola girsəniz özünüzü yaxşı təqdim edə bilməyəcəksiniz. Unutmayın iş görüşünü uğurla nəticələndirə bilmisinizsə, deməli siz o, iş üçün müraciət edən hamıdan daha yaxşısınız.

"X" bir firma ilə etdiyiniz iş görüşündə sizə verilən açar suallar olduğu kimi, sizin də soruşa biləcəyiniz suallar olmalıdır. Bu suallar həyat qurtaracaq tipdə suallardır. Vacibdir çünki, bundan sonrakı həyatınıza, gəlirinizə təsir edəcək.

İş görüşü müsbət keçdi və Təklif mərhələsinə gəlmisinizsə:

Sabit maaşınızı soruşun. 

Maaş haqqında dəqiq bir rəqəm istəyin. Minimum əmək haqqında bir az çox, Bazara uyğundur kimi dəqiq olmayan olmayan cavablara etimad inanmayın. Çox yaxşı maaş veririk kimi axmaq cümlələrə inanmayın. Nə qədər yaxşı olursa olsun dəqiq rəqəmi mütləq öyrənməlisiniz. 

Bonuslar haqqında soruşun 

Bonuslar haqqında bir çox firmadan dəqiq olmayan cavablar alacaqsınız. Bonuslar dəyişkən rəqəmlərə malik olduğu üçün heç kim sizə dəqiq söz deməyəcək. Lakin verəcəyiniz bir neçə sual ilə bonus haqqında azda olsa fikir sahibi ola bilərsiniz. Məsələn:

a) Bonuslar haqqında bir az məlumat ala bilərəmmi?

Bu sual qarşısında ümumi cavab, hansı şərtlər daxilində bonus almağa haqq qazanacağınız izah edilər. (klassik)

Ən sərfəli kredit üçün müraciət et

b) Hədəfimi 100% yerinə yetirə bilməsəm yenə də bonus ala bilərəmmi? (Bu sual çox əhəmiyyətlidir)

Əgər bu suala yox cavabını verirlərsə, vaxtınızı çox itirməyin. Məncə görüşü tərk edin. Məsələn: Ayın son gününə qədər əzmlə çalışırsınız. 4 fərqli məhsuldan sizə verilən hədəfin 3 hissəsindən daha çoxunu edirsiniz. Lakin 1 hissə əskik olduğu üçün ödəniş ala bilmirsiniz. Bu sizə və işinizə qarşı böyük haqsızlıqdır.

Maaşınızı hansı gün alacağınızı və - Ödəniş vasitəsini - soruşun

Maaşınızın günü əhəmiyyətlidir. "Hmm .. Ayın 1 ilə 15-i arasında ödənişlər edilir" deyən bir firmaya nə dərəcədə inanmaq olar. Elastik gün sayı ən çox 5 gün olmalıdır. (Elastiklik mütləq olur. Məsələn, həftə sonu mühasiblər və ya banklar işləmir)

Sabit maaşınızın hamısı bank kartı ilə veriləcək, yoxsa bir qisimi əldən təslim ediləcək? Bu sual da vacib suallardan biridir. Sabit maaşınızın hamısını bank kartı ilə verən firmalar deməli sosial təminatdan kəsinti eləmir. Lakin maaşınızın minimum ödəniş qədərini bank kartı ilə verib, qalan hissəsini əldən təslim edəcəyini söyləyən bir firma sizə bunu demək istəyir: 

"Mən səni minimum ödənişli çalışan olaraq göstərib sosial təminatını aşağı salacağam. Bizdən təqaüdə çıxdığın zaman minimum təqaüd almağa başlayacaqsan " 
Diqqətli olun! 

Cavabların dəqiq olmasına fikir verin. İstəklərinizi yaxşı dilə gətirin və firmanın istəklərini yaxşı dərk edin. Əks halda zaman və pul itkisi yaşaya bilərsiniz. Ruhi baxımdan da zərbə alarsınız. 
Xeyirli işlər :)

Günel Abduraxmanova / Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et