Müqaviləsiz Brexit də rədd edildi | Banco.az

Müqaviləsiz Brexit də rədd edildi

Böyük Britaniya Parlamenti, Müqaviləsiz Brexit qanununu 308-ə qarşı 312 səslə rədd edib.

Böyük Britaniyanın Baş naziri Theresa May-ın (Tereza Mey) Avropa Birliyi (AB) ilə razılaşdırdığı Brexit müqaviləsi, Yanvarın 15-də və dünən keçirilən iki səsvermədə rədd edilmişdi. 

May bir müqavilə olmadan AB-dən ayrılmağa qarşı çıxır.

Martın 21-də Brüsseldə Avropa Birliyi zirvəsində Böyük Britaniyanın Birlikdən çıxışının təxirəsalınması tələbinə  baxılacaq.

 

May: Brexit uzunmüddətli təxirə salına bilər

Böyük Britaniyanın Baş naziri Theresa May, Avropa Birliyindən (AB) çıxış mövzusunda bir razılaşma üzərində ortaq məxrəcə gəlinmədiyi müddətcə Brexit-in uzunmüddətli təxirə salınmasının lazım olacağını söyləyib:

Ən sərfəli kredit üçün müraciət et

"Parlament, əgər yaxın günlərdə bir müqaviləni dəstəkləməyi istəməsə, 29 Martda müqaviləsiz ayrılığı da istəmədiyinə görə, o halda uzunmüddətli bir təxirəsalmaya ehtiyac olduğunu bildirir".

Sabah Böyük Britaniya Parlamentində, Brexit-in təxirə salınması qanunu səsverməyə çıxarılacaq.

May, ikinci bir referendumun Brexit-i ortadan qaldıra biləcəyinə diqqəti çəkərək, bu vəziyyətin eyni zamanda xalq və parlament arasındakı kövrək etibar əlaqəsinə zərər verəcəyini söyləyib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et