Multivalyuta əmanəti nədir? | Banco.az

Multivalyuta əmanəti nədir?

Multivalyutalılıq nə deməkdir?

Multivalyuta funksiyası əmanətçilərə bir depozit müqaviləsi çərçivəsində müxtəlif valyutalarda (manat, ABŞ dolları və Avro) 2 və ya 3 hesab açmağa və oradakı vəsaitləri bir valyutadan digərinə sərbəst mübadilə etmək imkanı verir.

Multivalyuta əmanəti müştərilərə öz pullarını eyni anda  müxtəlif valyutalarda – adətən manat, dollar. avroda saxlamaq imkanı verən depozit məhsuludur, Dollar və avro arasında məzənnə fərqləri daha çox dəyişdiyi vaxtlarda, multivalyuta əmanətlərinə də maraq artır. Belə hesab olunur ki, multivalyuta əmanətlərinin ən böyük üstünlüyü - əmanət çərçivəsində heç bir məhdudiyyət və itki olmadan vəsaitləri sərbəst şəkildə bir valyutadan digərinə konvertasiya etmək imkanıdır və bu konvertasiyaya görə bank sizdən əlavə komisyon haqqı tutmayacaqdır. Amma belə depozitlər üzrə faizlər ənənəvi depozit məhsullarına nisbətən 1-2% daha aşağı ola bilər.

Multivalyuta əmanətləri banklarımızda elə də populyar əmanət növü deyildir. Lakin onu təqdim edən banklar sizə konvertasiyanı internet-bankinq vasitəsi ilə həyata keçirmə imkanı yaradırlar.  

Bu cədvəldə 12 ay müddətinə yerləşdirilən depozitlər üçün faizlər təqdim olunub.

Bankın adı

Əmanət

Əmanətin valyutası

İllik faiz –

aylıq ödəndikdə

Min.Məbləğ

İllik faiz -sonda

Bank Technique

Multi-TEC

TEC*

8,0%

1000

8,4%

Bank Technique

Duo-TEC

TEU**

8,0 %

1000

8,4%

Beynəlxalq Bank

Multivalyuta

AZN və USD

8,0 %

1000

8,8%

Beynəlxalq Bank

Multivalyuta

EUR, Rubl və GBP

4,8%

1000

-

Bank Standard

Premier

AZN, USD

10,0%

50 000

10%

Bank Standard

Premier

EUR

3,0%

50 000

3,0%

Ən sərfəli kredit üçün müraciət et

* TEC -  Azərbaycan Manatı, ABŞ Dolları, Avro və İngilis funtunun ortaq məzənnələrini əks etdirən Şərti Vahid

** TEU -ABŞ Dolları və Avronun ortaq məzənnələrini əks etdirən Şərti Vahid

Depozitlər ilə bağlı daha ətraflı axtarış üçün aşağıdakı keçidə müraciət edin

 

Depozit axtar

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et