Multikart nədir? - Faydalı və mənfi tərəfləri | Banco.az

Multikart nədir? - Faydalı və mənfi tərəfləri

Bir çox hallarda insanlar xarici ölkələrə səfər zamanı problemlərlə üzləşirlər. Bu problemlərin içində ən çox rast gəlinəni valyuta ilə bağlı olan məsələlərdir. Təbii ki, bunun tam həlli olmasa da multivalyuta kartları bu problemləri qismən də olsa həll edir.

 

Multivalyuta kartları adi kartlardan nə ilə fərqlənir?

Adi kartlardan fərqli olaraq bu multi kartlar yalnız bir valyuta sisteminə bağlı deyil. Multivalyuta kartları müxtəlif valyutalardan olan hesablara bağlıdırlar. Bu hesablar avro, dollar və s. ola bilir.Kartın bir sıra faydalı tərəfləri var. Ən rahat istifadə formasına sahib olması əsas üstünlüklərindən birini təşkil edir. İstifadəçidən asılı olaraq valyutanın kəmiyyəti arta bilər. Multivalyuta kartının bir digər üstünlüyü yalnız bir karta görə ödəniş edirsiniz, yəni üç müxtəlif valyuta daşıyıcısı olduğu üçün üç kart üçün ödənişə ehtiyac qalmır.

Rahatlıq. Valyuta dəyişimi üçün banka getməyə ehtiyac qalmır. Bu işi internet-bank və ya bankomat vasitəsilə həyata keçirmək olar. Belə operativlik kurs dəyişimi zamanı pul itkilərinin qarşısını alır.

Bir digər üstün tərəfi isə komissiya haqqı ilə əlaqədardır. Bir kart bir neçə valyutanı özündə birləşdirdiyi üçün pul köçürmə və ödəniş edərkən əlavə komissiya haqqı tutulmur.

Ən sərfəli kredit üçün müraciət et

 

Multivalyuta kartlarının mənfi tərəfi varmı?

Əlbəttə ki, var. İlk olaraq multikart təklif edən bankların sayı olduqca azdır. İkincisi, multivalyuta kartları yalnız debit ola bilər, kredit kart kimi mövcud deyil. Buna baxmayaraq, bəzi banklar belə kartlar üçün limitsiz kredit imkanları təşkil edir. Bu isə öz növbəsində şəxsin istifadəsinə görə dəyişir. Bəzi banklar müəyyən istifadə müddətinə malikdirlər. Ona görə də xidmətin saxlanması üçün sövdələşməni yeniləmək lazımdır. Son olaraq, xidmət və məhsullara ödəniş əsnasında əgər hesabınızdakı valyutada pul çatmazsa, digərindən istifadə etmək məcburiyyətindəsiniz, hansı ki, bu da öz növbəsində valyutanın konversiyası baxımından sərf etmir.

Belə bir kartdan istifadə etmək niyyətindəsinizsə, onda ən azından elementar biliklərə sahib olmalısınız. Bunlara müxtəlif valyuta növləri ilə iş, valyutanın dəyəri, komissiya haqqları haqda anlayışlar daxildir.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et