Müəllif - Aida İsaq, Banco.az
Avropa yanvar ayında son illərdə müşahidə olunan ən isti dövrünü keçirəcək.
Banco.az xəbər verir ki, havaların isti keçməsi Aİ-də yaranan enerji böhranının qarşısını ala bilər. Amerikanın "Maxar Technologies" şirkəti yanvarın sonuna qədər region üçün temperaturun orta səviyyədə davam edəcəyini proqnozlaşdırıb. Şirkətin meteoroloqu Metyu Dross bu ilin yanvar ayının birinci yarısının son on ilin müvafiq dövrünə əsasən ən isti ay olacağını qeyd edib.
Qeyd edək ki, "Maxar" və "Weather Company" yanvarın 17-dək Almaniya və Fransada temperaturun normadan 2-5°C yuxarı yüksələcəyini proqnozlaşdırıb. Beləliklə, Avropada istilik tələbatının son on ilin orta səviyyəsindən aşağı düşəcəyi gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!