“Muğanbank”ın faiz gəlirləri azalıb - HESABAT | Banco.az

“Muğanbank”ın faiz gəlirləri azalıb - HESABAT

2018-ci ildə “Muğanbank” zərərdən çıxaraq böyüyüb, müştərilərə verdiyi kireditlər, kapitalı və gəlirləri artıb. 

“Muğanbank” ASC 2018-ci ili 1 milyon 430 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2017-ci ili 6 milyon 341 min manat zərər ilə bağlamışdı.

2018-ci ildə “Muğanbank”ın cəmi gəlirləri 60 milyon 300 min manat təşkil edib. Bank 2017-ci ildə 53 milyon 689 min manat cəmi gəlir əldə etmişdi. İllik müqayisədə, “Muğanbank”ın faiz gəlirləri 2017-ci ildəki 42 milyon 794 min manatdan 40 milyon 887 min manata düşüb (4,5% azalma), komission və qeyri faiz gəlirləri 9 milyon 280 min manatdan 16 milyon 652 min manata yüksəlib (79,4% artım), xarici valyuta əməliyyatlari üzrə xalis mənfəəti isə 1 milyon 616 min manatdan 2 milyon 761 min manata qalxıb.

Bankın, ehtimal olunan depozit və kredit itkiləri üzrə ehtiyyatların yaradılması üçün xərci 19 milyon 13 min manatdan 6 milyon 54 min manata düşüb. Bu Bankda kredit riskinin və problemli kreditlərin azaldığına işarədir.

Gəlirin artması və kreditlər üzrə ehtiyyatların yaradılması üçün xərcin azalması ilə əlaqədar olaraq “Muğanbank”ın əməliyyat mənfəəti (netto faiz və qeyri -faiz gəlirləri) artıb. 2017-ci illə müqayisədə 2018-ci ildə “Muğanbank”ın əməliyyat mənfəəti 64% artaraq 26 milyon 772 min manata yüksəlib. 2017-ci ildə Bankın əməliyyat mənfəəti 16 milyon 318 min manat təşkil etmişdi.

Ən sərfəli kredit üçün müraciət et

26 milyon 772 min manat əməliyyat mənfəətinə qarşı, ötən il “Muğanbank”ın işçı heyətini saxlanılması, ümumi administrativ və sair əməliyyat xərcləri 25 milyon 342 min manat təşkil edib.  Nəticədə, Bank ötən ili 1 milyon 430 min manat xalis mənfəət ilə bağlayıb. 2018-ci ildə  “Muğanbank” mənfəət vergisi ödəməyib.

31 Dekabr 2018-ci il tarixində “Muğanbank” 551 milyon 651 min manat cəmi aktivlərə malik olub. Bu, 2017-ci ilin sonu ilə müqayisədə 71 milyon 474 min manat və ya 14,9% çoxdur. Bankın müştərilərə verdiyi kreditlər 22 milyon 567 min manat və ya 6,5% artaraq 371 milyon 638 min manata çatıb.

Ötən ilin sonunda “Muğanbank” 79 milyon 987 min manat cəmi balans kapitalına malik olub. 

2018-ci il ərzində “Muğanbank”ın məcmu kapitalı 12 milyon 274 min mnata artaraq 82 milyon 550 min manata yüksəlib. Məcmu kapitalın artması, əsasən, ötən il nizamanmə kapitalının 10 milyon manat artırılaraq 85 milyon manatdan 95 milyon manata qaldırılması və ötən il mənfətin əldə edilməsi ilə bağlıdır.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et