Muğanbank-ın İdarə Heyətində yeni təyinatlar olub. Banco.az bankın rəsmi saytına istinadən xəbər verir ki, İdarə Heyətinin Sədrinə 2 yeni müavin təyin olunub.
Onlardan biri Bankda Risklərin İdarəedilməsi Departamentinin direktoru olmuş Vüsal Göyüşov, digəri isə Sənədli Əməliyyatlar və Qiymətli Kağızlar Departamentinin direktoru Rüstəm Vəliyevdir.
Vüsal Göyüşov
Rüstəm Vəliyev
Bununla da Muğanbank-ın İdarə Heyəti Sədrinin müavinlərinin sayı 4-ə çatıb.