"Muğan Bank"da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq? | Banco.az

"Muğan Bank"da sahibkarların hesablarındakı pulların taleyi necə olacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə "Muğan Bank"ın lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib. Mərkəzi Bankın məlumatına görə, "Muğan Bank" tərəfindən Əmanətlərin Sığortalanması Fonduna təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin III rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 mln. manat təşkil edir. Qeyd edilib ki, Bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaqdır. Bildirilib ki, yaxın zamanlarda əmanətlərin geri qaytarılmasına başlanılacaq. Bəs bankda olan sahibkarların vəsaitləri necə olacaq?

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov məsələ ilə bağlı bildirib ki, 2023-cü ildə daha bir bank bağlandı: 

"Muğan Bank"da qorunan əmanətlərin qaytarılmasına yaxın zamanlarda başlanılması gözlənilir. Bununla yanaşı, hər bir bankda sahibkarların da böyük həcmdə vəsaitləri də olur. "Muğan Bank"ın tam öhdəlikləri barədə məlumatlar hələlik ictimaiyyətə təqdim olunmadığından sahibkarların bu bankdakı vəsaitlərinin həcmi hələlik açıqlanmayıb.

Bununla belə, qaydalara əsasən, "Muğan Bank"da fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesabı üzrə vəsaitlərin 20 min manatı kompensasiya olunacaq. Bu, o deməkdir ki, əgər sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin hesabında 50 min manat varsa, onun 20 min manatı kompensasiya olunan, digər hissəsi isə qorunmayandır". 

V. Bayramovun sözlərinə görə, bu baxımdan, son illər inflyasiya səviyyəsinin proqnozlaşdırılandan yüksək olduğunu nəzərə alsaq, kompensasiya olunan məbləğin artırılması çox vacibdir: "Bu, banklar müflis olan zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin pullarının daha çox hissəsinin kompensasiya olunmasına gətirib çıxara bilər".

Qeyd edək ki, "Muğan Bank"ın cari ilin III rübünə olan maliyyə göstəriciləri ilə linklərə keçid edərək tanış ola bilərsiniz: 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram