Müəllimlərin əməkhaqqları nə qədər artacaq? | Banco.az

Müəllimlərin əməkhaqqları nə qədər artacaq?

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü il yanvarın 1-dək təyin edilmiş bütün pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2023-cü il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 1,1 milyon pensiyaçını əhatə edən artımlar üçün illik əlavə olaraq təqribən 630 milyon manat xərclənəcək. Pensiya artımından sonra vətəndaşları maraqlandıran digər məsələ maaş artımdır.

Banco.az xəbər verir ki, iqtisadçı Vüqar Bayramov bu dəfə müəllimlərin maaş artımı ilə bağlı suallara aydınlıq gətirib. 

"Sosial şəbəkələrdə bizə ünvanlanan əsas suallardan biri də müəllimlərin əməkhaqqı artımları ilə bağlıdır. Artımların sertifikasiya nəticələrinə yoxsa ümumi prinsiplərə əsaslanması da müzakirə olunan məsələlərdəndir.

Qeyd edək ki, 2024-cü ildə təhsilə ayrılan vəsaitlərin həcmində artımlar nəzərə tutulub. Bu ilə təhsil sektoruna ayrılan vəsaitin məbləği əvvəlki il ilə müqayisədə 142.8 milyon manat artılaraq 4 milyard 549 milyon manata çatdırılıb. Bu vəsaitin 2 milyard 372 milyon manat vəsaiti birbaşa ümumtəhsil xərcləridir. Əməkhaqqı artımları baxımdan digər mühim məqam bu il büdcədən 93.6 milyon manatın ayrılmasının nəzərdə tutulmasıdır. Bu vəsaitin 71 milyon manatı sertifikasiya, 22.6 milyon manat məktəb direktor və müavinlərinin maaşlarına əlavələrə yönəldiləcək. Bu isə o deməkdir ki, sertifikasiyada uğur qazanan müəllimlərin əməkhaqqlarında artımlar olacaq. Bu il 30 min müəllimin sertifikasiya imtahanlarında iştirakı nəzərdə tutulur".

Ən sərfəli kredit üçün müraciət et

İqtisadçı qeyd edib ki, mövcud qaydalara əsasən, imtahan mərhələsində 30-50 bal toplayanların əməkhaqqısı 10.0, 51-60 ballıq nəticə göstərənlərin maaşları isə 35.0 faz artır: "Diferensial sistemin dəyişdirilməsinə və əməkhaqqı artımlarının müasir qiymətləndirmə sistemlərinə uyğunlaşdırılmasına ehtiyac var. Bu baxımdan təklif edirik ki, ümumi sualların 80 faizindən çoxunu doğru cavablandırmış, yəni 48 bal toplamış müəllimlərimizin də əmək haqqlarının 35 faiz artırılmasının maliyyə tutumu hesablansın və buna uyğun olaraq müvafiq qaydalara dəyişiklik edilsin". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et