Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
Qanuna əsasən, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılıb.
Beləliklə, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq.
Bundan əvvəl bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.
APA
Bizi sosial şəbəkələrdən izləyin!!