Müddətli depozitlər tələblilər ilə əvəzlənir | Banco.az

Müddətli depozitlər tələblilər ilə əvəzlənir

Azərbaycanda fəaliyyət göstərən 31 bankın 30 iyun 2017-ci il tarixinə olan depozit portfeli (maliyyə institutları istisna olmaqla) 16 mlrd 687.2 manata yüksəlib. Bundan 6 mlrd 880,7 mln fiziki, 9 mlrd 806,5 mln manat fiziki şəxslərin depozitlərinin payına düşür.

Banco.az portalı xəbər verir ki, bankların depozit portfeli may ayı ilə müqayisədə 35,9 mln manat artıb, artım fiziki şəxslərin tələbli əmanətlərindəki artım sayəsində baş verib.

Tendensiya onu göstərir ki, iyun ayı ərzində müştərilərin müddətli depozitləri tələbli depozitlərə çevrilib.

Depozit portfelinin bölgüsünü cədvəldə izləyə bilərsiniz.

Depozitlər

İyun, 2017

May, 2017

Dəyişiklik (mln manat)

Fiziki şəxslər

6880,7

6820,1

60,6

Müddətli

5152,8

5174,6

-21,8

Tələbli

1727,9

1645,5

82,4

Hüquqi şəxslər

9806,5

9831,2

-24,7

Müddətli

3926,8

4375,5

-448,7

Tələbli

5879,7

5455,7

424

Cəmi

16687,2

16651,3

35,9