“Mpay” 50 000 manat, vəzifəli şəxsi isə 10 000 manat cərimələnib | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Mpay” 50 000 manat, vəzifəli şəxsi isə 10 000 manat cərimələnib

“Mpay” MMC-nin və onun vəzifəli şəxsinin inzibati məsuliyyətə cəlb olunub.

Banco.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən 03.02.2025 – 30.04.2025-ci il tarixlərində “Mpay” MMC-də həyata keçirilən yerində yoxlamalar çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq “Mpay” MMC İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinin tələblərinin pozulması səbəbilə hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilmişdir.