Motivasiyanızı artıran aforizmlər | Banco.az

Motivasiyanızı artıran aforizmlər

Motivasiya- uğura aparan yoldur. Motivasiya gücünüzü artırmaq üçün günün şüarını seçib dahilərin aforizmlərini oxumaq mütləqdir. Sizlərə motivasiya və uğur haqqında ən gözəl aforizmləri təqdim etmək istərdim.

1. «Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun» - Teodor Ruzvelt.

2. «Böyük işi görə bilmənin yalnızca bir üsulu var- o işi sevməniz.» - Stiv Cobs.

3. «Tırtılın həyatın sonu adlandırdığını ustad kəpənək adlandırır.» - Riçard Bax.

4. «Xəyallarınızın arxasınca yürüməyin, onları təqib edin.» - Riçard Damb.

5. «Uğurun asılı olduğu yeganə şərt səbrdir.» - Lev Tolstoy.

6. «İnsanlarla düzgün rəftar, uğurun ən başlıca üsuludur.» - Teodor Ruzvelt.

Ən sərfəli kredit üçün müraciət et

7. «Bəxtəvər insan o insandır ki, başqalarının hələ etməyə hazırlaşdığı işi o artıq həyata keçirmişdir.» - Jül Renar.

8. «Hərəkətlər hər zaman xoşbəxtlik gətirmir, lakin onlar olmasa xoşbəxtlik heç olmaz.» - Benjamin Dizraeli.

9. «Ən yaxşı motivasiya daxildən gəlir.» - Maykl Jonson.

10. «Hər bir arzu sizlərə onu həyata keçirməkdə yardımcı olacaq qüvvələrlə verilir.» - Riçard Bax.

11. «Min mil ölçüsündə olan yol sadəcə bir addımla başlayır.» - Lao Szı.

12. “Xoşbəxt olmaq qabiliyyəti elə özümüzdən asılıdır.» - Şarlotta Bronte.

Mənbə: allmag.az

Ən sərfəli krediti almaq üçün müraciət et