Müəllif - Aida İsaq, Banco.az
Motivasiya insan həyatı üçün ən önəmli faktorlardan biridir. Çünkü insan sağlam psixologiyaya sahib olduqda verdiyi qərarlar, seçimlər və mübarizə apardığı hədəflər də uğurlu olur. Ancaq yəqin ki, siz də təsdiqləyərsiniz ki, həyatımızdakı hadisələr bəzən bizim istədiyimiz axarla davam etməz. Bəs həmin anlarda motivasiyamızı necə qoruya bilərik? Gəlin görək, Banco.az sizə bu anlarda nələri məsləhət görür.
Nə istədiyinizi bilin!
Bəzən əldə etməyə çalışdığımız uğurların sonradan bizim xəyallarımızla üst-üstə düşmədiyinin fərqinə varırıq. Xəyallarınızı hər gün özünüzə xatırladın. Və onlar üçün əsla mübarizəni dayandırmayın.
Özünüz üçün hər zaman tarix cədvəliniz olsun!
Gördüyünüz işləri planlı və müəyyən edilmiş vaxtlarda yerinə yetirmək həyatınızı daha da asanlaşdıracaq. Eyni zamanda istədiyiniz hər şeyə bol zamanınız olacaq.
Sizə ilham verən kitablar oxuyun, videolar izləyin!
Dövrümüzdə bizə nə istədiyimizi, niyə yaşadığımızı xatırladan yüzlərlə resurs, video materiallar var. Bəzən onlardan oxuduğumuz və ya izlədiyimiz adi cümlələr bütün həyatımızı dəyişə bilir.
Təxirə salmaqdan uzaq durun!
Planladığınız işləri yerinə yetirməyi, oxuyacağınız kitabları, dostlarla görüşü və s. önəmli səbəblər olmadığı təqdirdə təxirə salmaqdan çəkinin. Çünkü doğru zaman məhz həmin anlar ola bilər.
Özünüzə inanın!
Sonda isə qeyd edək ki, bu həyatda ən böyük dostumuz, ən incə sevgimiz, qayğıyla yanaşdığımız ilk insan özümüzük. Bunun fərqinə varın. Və atdığınız hər addımda özünüzə inanın. Çünkü siz sizin xəyallarınız üçün irəliləyirsiniz!
Bizi sosial şəbəkələrdən izləyin!!