Moskvada koronavirus pandemiyası səbəbindən tətbiq edilən karantin rejimi iyunun 23-dən etibarən yumşaldılır.
Bu barədə paytaxt meri Sergey Sobyanın öz bloqunda yazıb. 3 aylıq karantindən sonra aşağıdakı məhdudiyyətlər aradan götürülür:
Kafe və restoranlar açılacaq;
Fitnes-klublar, hovuzlar və idman zalları fəaliyyətini bərpa edəcək;
Moskva-çay boyunca tramvaylar işləyəcək;
Uşaq bağçaları və kitabxanalarda, sosial müdafiə müəssisələrində məhdudiyyətlər ləğv olunacaq;
Bütün ictimai infrastrukturdan istifadə etmək mümkün olacaq – dükanlar açılacaq, küçə idman avadanlıqlarından, yelləncəklərdən və digər park avadanlıqlarından istifadəyə qadağa olmayacaq.
Həmçinin, turizm agentliklərinin fəaliyyəti yenidən bərpa olunacaq. Lakin Moskva üzrə ekskursiyalara hələlik icazə verilmir.
Qafqazinfo
Bizi sosial şəbəkələrdən izləyin!!