Müəllif - Aida İsaq, Banco.az
Almaniya kansleri Olaf Şolz Rusiyanın taxıl idxalına mane olan hər hansı sanksiyalara məruz qalması ilə bağlı iddiaları təkzib edib.
Banco.az xəbər verir ki, onun sözlərinə görə hazırda Moskva taxılı dünyanın istənilən ölkəsinə göndərə bilər.
“Ukrayna və Rusiya buğda, un məhsullarının, o cümlədən gübrələrin ən böyük ixracatçılarıdır. Buna görə də, buğda, arpa və Ukraynada istehsal olunan hər məhsulun ixracı böyük əhəmiyyət daşıyır. Rusiya kimi Ukrayna da heç vaxt sanksiyalara məruz qalmayıb”.
O, Rusiya taxılının bütün dünyaya ixrac oluna biləcəyini də vurğulayıb.
Bundan öncə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akar Türkiyə bayraqları altında üzən gəmilərin humanitar dəhlizlər vasitəsilə Ukraynadan taxıl ixracına davam edəcəklərini bildirmişdi. Eyni zamanda bu istiqamətdə hər hansısa çətinliklərin və ya məhdudlaşdırılmanın olmadığını əlavə edib.
Bizi sosial şəbəkələrdən izləyin!!