Müəllif: Tamara Mustafayeva, Banco.az
Moskva Birjasında qızıl ticarəti beş dəfədən çox artıb.
Banco.az xəbər verir ki, Moskva Birjası (MOEX) tərəfindən yayılan yazılı açıqlamada birjanın qiymətli metallar bazarında fevral ayında həyata keçirilən əməliyyatlarda qeydə alınan artım dəyərləndirilib.
Açıqlamada bildirilir ki, həmin dövrdə spot qızıl üzrə əməliyyatların həcmi beş dəfədən çox artaraq 537 milyard rubl və ya 43,3 tona çatıb. Spot gümüş üzrə əməliyyatların həcmi isə yeddi dəfədən artıq yüksələrək 13,9 milyard rubl və ya 64,5 ton təşkil edib.
Qərb ölkələrinin maliyyə sahəsində genişmiqyaslı sanksiyalar tətbiq etdiyi Rusiyada qızıl və gümüş kimi qiymətli metallara, eləcə də kriptovalyutalar kimi yüksək riskli alətlərə maraq artmışdı.
Rusiyanın qızıl ehtiyatları 2025-ci ilin noyabrında ilk dəfə olaraq 300 milyard ABŞ dollarını ötüb. Eyni zamanda, ölkənin beynəlxalq ehtiyatlarında qızılın payı 42,3 faizə yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!
