Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) 11.5 bənd faiz artımı edəcəyini düşünür.
Banco.az xəbər verir ki, “Bank of America” (BofA), “Goldman” və “Deutsche Bank”dan sonra “Morgan Stanley” də Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) bu həftəki pul siyasəti iclasında qəbul edəcəyi faiz qərarı ilə bağlı proqnozlarını ehtiva edən məlumat qeydini bölüşüb.
Bank cümə axşamı keçiriləcək iclasda TCMB-nin uçot dərəcəsini 11,5 baza bəndi artıraraq 20 faizə qaldıracağını gözlədiklərini qeyd edib.
Digər tərəfdən, bank inflyasiyaya diqqət ayrılacağını və mərhələli qaydada tənzimlənmənin təmin olunacağını ehtimal etdiklərini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!