Morgan Stanley Fed-in 6 dəfə artıracağını gözləyir | Banco.az

Morgan Stanley Fed-in 6 dəfə artıracağını gözləyir

Morgan Stanley, 2018 və 2019-cu illərdə ABŞ Mərkəzi Bankının (Fed) faiz artırmasına dair proqnozunu yeniləyib. Bank Fed-in 2018-də 4, 2019-da isə 2 dəfə faiz artıracağını gözləyir.

Bundan əvvəl Morgan Stanley, 2018 və 2019-cu illərin hər birində 3 dəfə faiz artıracağını nəzərdə tuturdu. İndi Morgan Stanley, 2018-ci il üçün biri Dekabrda olmaqla 4 dəfə, 2019-cu il üçün isə 2 dəfə faiz artımı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Morgan Stanley-in ABŞ üzrə baş iqtisadçısı Ellen Zentner və digər analitiklər tərəfindən yazılan hesabatda, iqtisadiyyatın faiz artımlarının dayanmasının öhdəsindən gələ biləcək qədər güclü olduğu qeyd olunub.

Analitiklər faizin artırılmasının 2019-cu ilin  İyun ayında qədər bitməsini gözləyir.

Fed.az