Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” Dollar/TL proqnozunu bölüşüb.
Banco.az xəbər verir ki, “Morgan Stanley” "Gözləmə Oyunu" başlıqlı hesabatında Türkiyə üçün Dollar/TL və inflyasiya proqnozlarını bölüşüb.
“Morgan Stanley” öz hesabatında bunları deyib:
“Bizim fikrimizcə, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) Türkiyədə inflyasiyanın azaldılmasına diqqəti davam etdirməsi TL-ni dəstəkləyir”.
Hesabatda 2024-cü ilin sonu üçün dollar/TL proqnozunun 36-dan daha güclü ola biləcəyi, 2025-ci ilin sonu üçün dollar/TL proqnozunun isə 43 səviyyəsində saxlandığı bildirilib.
12 aylıq inflyasiya proqnozunun 27 faiz olduğunu qeyd edən “Morgan Stanley” 24 aylıq inflyasiya gözləntilərini illik 18 faiz səviyyəsində saxlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!