"Morgan Stanley" də rüblük maliyyə göstəricilərini elan edib | Banco.az

"Morgan Stanley" də rüblük maliyyə göstəricilərini elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” bankının mənfəəti birinci rübdə azalma göstərib.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq nəhəngi “Morgan Stanley” də ilin I rübü üzrə balans hesabatını açıqlayıb.

Buna görə, bankın mənfəəti ilk rübdə investisiya bankçılığındakı yavaşlama səbəbindən aşağı düşüb.

Baş ofisi Nyu-Yorkda yerləşən bankın xalis mənfəəti 20 faiz azalaraq 2,84 milyard dollar hesablanıb. Səhmbaşına mənfəət isə 1,70 dollar olub.

Sözügedən dövrdə bankın xalis gəliri isə 1,9 faiz azalaraq 14,5 milyard dollara düşüb. Proqnozlar 14,07 milyard dollar idi.

Bankın sərvətlərin idarə edilməsi üzrə xalis gəliri illik 11 faiz artaraq 6,56 milyard dollara çatıb. İqtisadçılar 6,48 milyard dollar gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Xalis faiz gəliri də 2,46 milyard dollarlıq proqnozları üstələyərək 2,35 milyard dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et