"Morgan Stanley" Çinin artım proqnozunu yüksəldib | Banco.az

"Morgan Stanley" Çinin artım proqnozunu yüksəldib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Morgan Stanley” Çinin 2025-ci il üçün ÜDM proqnozunu 50 baza bəndi artırıb.

Banco.az xəbər verir ki, “Morgan Stanley” yanvar-fevral aylarında müşahidə olunan güclü fəaliyyət göstəriciləri fonunda Çin üçün 2025-ci il ÜDM proqnozunu 4,5%-ə yüksəldib.

“Morgan Stanley” analitikləri bir qeyddə yazıblar: "Gözlənildiyindən daha güclü başlanğıc nöqtəsi və möhkəm əsas kapital xərcləri artımı ilə 2025-ci il ÜDM proqnozumuzu 50 baza bəndi artıraraq 4,5%-ə yüksəltdik."

Bununla belə, investisiya bankı ABŞ Prezidenti Donald Trampın tətbiq edəcəyi tariflərin və cavab siyasət tədbirlərinin təsiri ilə iqtisadi artımın bərpasının daha da genişlənməsinin qarşısının alına biləcəyi barədə xəbərdarlıq edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram