Morgan Stanley bitcoin-svop təklif edəcək | Banco.az

Morgan Stanley bitcoin-svop təklif edəcək

Amerikanın iri investisiya bankı olan Morgan Stenley öz müştərilərinə bitcoin almadan ona investisiya etməyi təklif etməyi planlaşdırır. Morgan Stenley faktiki olaraq bitkoinin qiymətinin dəyişməsində qazanmağı təklif edir. Bankın müştəriləri bitcoin almadan faiz ödənişlərinin mübadiləsi üçün müqavilə bağlaya biləcəklər. Müqavilələr bitkoinin qiymətinin dəyişməsinə bağlı olacaq ki, bu da öz növbəsində məzənnə fərqində qaznmağa imkan yaradacaq.

Bank və müştəriləri birbaşa bitcoin almayacaq, təklif olunan müqavilələr bitkoin-fyuçers ilə bağlı olacaq və müəyyən müddət ərzində bitkoin qiymətinin artması və ya azalmasına görə investorlara ödənişlər ediləcəkdir. Əslində Morgan Stanley artıq bu ticarət müqavilələri təklif edə bilər, ancaq daxili təsdiq prosesinin tamamlanmasını gözləyir. Bu xəbəri Bloomberg agentliyi yayıb.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladım ki, avgust ayında Morgan Stenley rəqəmsal aktivlər bazarları ilə iş bölməsinin rəhbəri vəzifəsinə Andrew Peel təyin edib. O, buna qədər İsveçrənin Credit Suisse bankının satış və innovasiya üzrə vitse-prezidenti vəzifəsində çalışırdı.

Kriptoinvest.az