Müəllif: Tamara Mustafayeva, Banco.az
“Morgan Stanley” Avropa Mərkəzi Bankının (ECB) faiz endirimlərini sürətləndirməsi ilə avronun 7 faiz dəyər itirəcəyini proqnozlaşdırır.
Banco.az xəbər verir ki, “Morgan Stanley” ECB-nin büdrəyən iqtisadiyyatın öhdəsindən gəlməyə çalışdığı bir mühitdə faiz endirimlərini sürətləndirdiyi üçün aylar ərzində avronun dollar qarşısında dəyərini itirəcəyini açıqlayıb.
G-10-un Valyuta Strategiyasının rəhbəri Devid Adams “Bloomberg” nəşrinə verdiyi müsahibədə avronun ilin sonuna kimi 1,02 dollara düşəcəyini gözlədiyini bildirib ki, bu da hazırkı səviyyələrdən təxminən 7 faiz ucuzlaşma deməkdir.
Bu proqnoz mərkəzi bankın növbəti üç iclasında faiz dərəcələrini aşağı salmağa davam etməsinə və yarım baza bəndi azalma potensialına əsaslanır.
Digər tərəfdən, hazırda valyuta bazarları bu il Avropada faiz dərəcəsinin təxminən 60 baza bəndi endirilməsi ehtimalı ilə qiymətləri müəyyənləşdirir. ABŞ-da isə təxminən 110 baza bəndi həcmində böyük endirim gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!