Müəllif:Mehin Qasımova,Banco.az
"Morgan Stanley" investisiya bankı 2026-cı ildə ABŞ-də yeni inflyasiya dalğasının gözlənildiyini açıqlayıb.
Banco.az xəbər verir ki, bankın baş iqtisadçısı Maykl Qapenin sözlərinə görə, şirkətlər artan gömrük rüsumları və tarif xərclərini kompensasiya etmək üçün qiymət artımına getməyə məcburdurlar.
Analizlər göstərir ki, firmalar gəlirliliyi qorumaq üçün işçi ixtisarı əvəzinə məhsul və xidmətlərin bahalaşdırılmasına üstünlük verirlər.
Bu addımın tənəzzül riskini azaltsa da, inflyasiyanı hədəf diapazonundan yuxarıda saxlayacağı proqnozlaşdırılır.
