"Moody's" Ukraynanın kredit reytinqini yeniləyib | Banco.az

"Moody's" Ukraynanın kredit reytinqini yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi “Moody's” Ukrayna iqtisadiyyatını ilə bağlı qiymətləndirmələr edib.

Banco.az xəbər verir ki, agentlikdən verdiyi açıqlamaya görə, Rusiya ilə davam edən müharibənin Ukrayna iqtisadiyyatı və dövlət maliyyəsi üçün uzunmüddətli çətinliklər yarada biləcəyi nəzərə alınaraq ölkənin kredit reytinqi aşağı salınıb.

Açıqlamada ölkənin kredit reytinqinin “Caa3”-dən “Ca”ya endirildiyi, iqtisadi proqnozun isə “mənfi”dən “stabil”ə dəyişdirildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, Ukrayna iqtisadiyyatının 2022-ci ildə təxminən 30 faiz daralacağı düşünülür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram