"Moody's" Türkiyənin böyümə proqnozunu artırıb | Banco.az

"Moody's" Türkiyənin böyümə proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” Türkiyə də daxil olmaqla bir çox G20 iqtisadiyyatları üçün artım proqnozlarını yuxarı çəkib.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi “Moody`s” ABŞ, Kanada, Avrozona, Rusiya, Hindistan, Meksika və Türkiyə üçün 2023-cü il üzrə real artım proqnozlarını əhəmiyyətli dərəcədə yüksəldib.

Agentlik Türkiyənin 2023 və 2024-cü illər üzrə ÜDM artımı proqnozlarını əvvəl qeyd etdiyi 2,0 və 3,0 faizdən müvafiq olaraq 2,3 və 4,0 faizə çatdırıb.

“Moody`s” Türkiyənin böyümə proqnozlarını artırmasına səbəb kimi zəlzələdən zərər çəkmiş bölgələrdə həyata keçiriləcək yenidənqurma fəaliyyəti ilə bağlı olaraq yaranacaq yeni iqtisadi aktivliyi əsas götürüb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram