“Moody's” Türkiyə bankları ilə bağlı proqnozunu yeniləyib | Banco.az

“Moody's” Türkiyə bankları ilə bağlı proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” Türkiyə bankları ilə bağlı proqnozunu mənfidən stabilə dəyişib.

Banco.az xəbər verir ki, ötən həftə Türkiyənin ortodoks siyasətinə qayıdacağı təqdirdə reytinqini artıra biləcəyi siqnalını verən “Moody's” indi də türk banklarına dair proqnozunu dəyişib.

Beynəlxalq kredit reytinqi agentliyinin yaydığı bəyanatda Türkiyənin bank sistemi ilə bağlı proqnozun stabil olaraq dəyişdirildiyi bildirilib.

Agentliyin qiymətləndirməsinə görə, olduqca yüksək inflyasiya, yüksək vergilər və lirənin daha da dəyərdən düşməsi istehlak xərclərinə təzyiq göstərəcək və borcalanların ödəmə qabiliyyətini zəiflədəcək, bankların aktiv keyfiyyətini təzyiq altında qoyacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et