"Moody’s": MDB məkanında bu il iqtisadi artım olacaq | Banco.az

"Moody’s": MDB məkanında bu il iqtisadi artım olacaq

MDB ölkələrinin iqtisadiyyatı 2016-cı ilə nisbətən 2017-ci ildə daha sürətlə böyüməlidir. Bu barədə “Moody’s” Beynəlxalq Reytinq Agentliyinin MDB üzrə açıqladığı hesabatda bildirilir. 

Agentliyin proqnozuna görə, bu il regionda 2%-lik iqtisadi artım müşahidə ediləcək: "Ötən il bu rəqəm 1% olub 2018-ci ildə isə böyümə 3% təşkil edəcək. Neft qiymətlərinin yüksək olması ehtimalı belə polismeykerlərə fiskal və monetar siyasətin təsirlərini zəiflətməyə imkan yaratmayacaq və neft idxalçıları valyuta transferindən az gəlir götürəcəklər”.

Agentliyin vitse-prezidenti Kristin Lindov (Kristin Lindow) deyib ki, region ölkələri neftin ucuzlaşmasının şokunu yaşayır: “MDB hökumətləri neft qiymətlərinin şokunu və artan ortodoks siyasətini tənzimləməyə çalışır. Buna fiskal monetar siyasətin daralması və üzən məzənnə kimi siyasətlər daxildir. 2017-ci ildə MDB ölkələrinin neftin aşağı qiymətinin təsirini yumşaltmaq üçün imkanları var”.

Mənbə: Report.az