Beynəlxalq kredit reytinqi agentliyi "Moody's", Avro Bölgəsindəki iqtisadi səngimənin gələcək iki il ərzində Avropadakı şirkətlər üzərində maliyyə təzyiqi yaratmasının gözlənmədiyini açıqlayıb.
Agentlikdən verilən açıqlamada, Avropada iqtisadi səngimənin şirkətlərin maliyyə siyasətlərində ciddi bir dəyişikliyə səbəb olmasının gözlənmədiyi qeyd edilib.
Açıqlamada, 2017-ci ildə iqtisadi inkişafın 2,5 faiz səviyyəsinə çatdığı Avro Zonasında inkişafın 2019-da 1,8%, 2020-də isə 1,6% səviyyəsinə geriləməsinin gözlənildiyi qeyd edilib.
Açıqlamada Avropada bəzi şirkətlərin Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxışı ilə birlikdə təcili fəaliyyət planlarını da işə salmağa hazırlaşdığı bildirilib.
"Moody's"-in rəsmisi Riçard Morawetz, "Bir çox Avropalı şirkət gələcək iki il ərzində iqtisadi yavaşlamanı qismən asan bir şəkildə idarə edə bilər. Amma gözləbiləndən daha sərt iqtisadi yavaşlama olsa şirkətlərin maliyyə siyasətlərində, aktiv satışlarında, kapital xərclərində və gəlirlərində dəyişiklik görə bilərik", -ifadəsini istifadə edib.
Marja