"Moody's" Böyük Britaniyanın reytinq proqnozunu dəyişib | Banco.az

"Moody's" Böyük Britaniyanın reytinq proqnozunu dəyişib

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Moody's" Böyük Britaniyanın reytinq proqnozunu "stabil" olaraq dəyişib.

Banco.az xəbər verir ki, kredit reytinq agentliyinin yayadığı bəyanatda İngiltərənin kredit reytinqi ilə bağlı proqnozun yenidən nəzərdən keçirildiyi bildirilib.

Bəyanatda Böyük Britaniyanın uzunmüddətli yerli və xarici valyutada kredit reytinqinin “Aa3” olaraq təsdiqləndiyi və reytinq proqnozunun “mənfi”dən “stabil”ə dəyişdirildiyi qeyd edilib.

Həmçinin bildirilib ki, sözügedən qərar “Moody's”in ötən il ölkə büdcəsində artan volatillikdən sonra ölkədə siyasətin proqnozlaşdırıla bilənliyinin bərpa olunduğuna dair fikirlərini əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et