“Moody’s” Böyük Britaniyanın kredit reytinqini aşağı salıb | Banco.az

“Moody’s” Böyük Britaniyanın kredit reytinqini aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi "Moody's" siyasi və iqtisadi risklərə görə Böyük Britaniyanın kredit reytinqini aşağı salıb.

Banco.az xəbər verir ki, "Moody's"in yaydığı bəyanata görə, ölkənin yerli və xarici valyutada uzunmüddətli kredit reytinqi "Aa3" olaraq təsdiqlənib.

Agentlik zəif artım perspektivləri, yüksək inflyasiya şəraitində siyasət strukturunda gözlənilməzliyin artması, yüksək borclanma və siyasətin etibarlılığının davamlı olaraq zəifləməsi riski səbəbindən kredit reytinqini "stabil"dən "neqativ"ə endirib.

"Moody's" 2023-2024-cü illərdə artımın orta hesabla cəmi 0,3 faiz olacağını və 2026-cı ilə qədər potensial 1,5 faiz səviyyəsinə qayıtmayacağını proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram