Moody's "Bank Respublika"nın reytinqini B3 "stabil" dərəcəsinə yüksəltdi | Banco.az

Moody's "Bank Respublika"nın reytinqini B3 "stabil" dərəcəsinə yüksəltdi

"Moody's" beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 dərəcəsinə yüksəldib.

Agentliyin analitikləri reytinqin yüksəlməsini bankın mənfəətinin və aktivlərinin keyfiyyətinin yüksəlməsi ilə əlaqələndirir.

"Moody's" hesab edir ki, Bank Respublika portfel üzrə ehtiyatların yaradılması prosesini 2018-ci ildə yekunlaşdırıb və 2019-20-ci illərdə ehtiyatların yaradılması üzrə xərclərin azalacağını gözləyir. Bu isə, əməliyyat mənfəətinin yüksəlməsi ilə yanaşı, növbəti 12-18 ay ərzində xalis mənfəətin artmasına gətirib çıxaracaq.  Aktivlərin keyfiyyətinin yaxşılaşması köhnə portfelin amortizasiyası ilə yanaşı, daha sərt anderraytinq standartları ilə verilmiş yeni kreditlərin həcmi ilə də bağlıdır. Portfelin keyfiyyətinin yaxşılaşdırılması tendensiyası, həmçinin 2019-20-ci illərdə kredit portfelinin böyüməsi ilə davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

“Moody`s agentliyi tərəfindən bankın reytinqinin yüksəldilməsi, bankın kollektivinin böyük əməyinin layiqincə qiymətləndirilməsidir. Biz çox şadıq ki, bankın maliyyə sabitliyinin və inkişafının təmin olunmasına yönəlmiş tədbirlərimiz özlərini tam şəkildə doğrultdu və beynəlxalq səviyyədə təsdiqini tapdı. Əminik ki, yeni reytinq Bank Respublikanın daha etibarlı və dinamik inkişaf edən banklardan biri kimi mövqeyini daha da gücləndirəcəkdir”, deyə Bank Respublikanın Müşahidə şurasının sədri Şakir Rəhimov qeyd edib.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.