"Moodys" Azərbaycanın reytinqini təsdiq etdi | Banco.az

"Moodys" Azərbaycanın reytinqini təsdiq etdi

Beynəlxalq kredit reytinqi agentliyi "Moody's Investors Service" ("Moody's") Azərbaycan hökumətinin uzunmüddətli emitent və təminatsız borc​ reytinqini təsdiq edib.

Azərbaycanın reytinqi "Sabit" proqnozla, "Ba2" səviyyəsində təsdiq edilib.

​Bundan öncə də Azərbaycanın reytinqi “Ba2” səviyyəsində və “stabil” proqnozla təsdiq edilmişdi. Beləliklə, Agentlik Azərbaycanın reytinqini qaldırmayıb. 

"Moody's" qeyd edib ki, "Sabit" proqnozu saxlamaq qərarı balanslaşdırılmış riskləri əks etdirir. 

Marja