“Moody’s” Azərbaycanın 5 bankını yenidən qiymətləndirib | Banco.az

“Moody’s” Azərbaycanın 5 bankını yenidən qiymətləndirib

“Moody’s” beynəlxalq reytinq agentliyi “Azərbaycan Beynəlxalq Bankı” (ABB), “Kapital Bank”, “Xalq Bank”, “Bank of Baku” və “Bank Respublika” ASC-lərin dövri reytinqlərinə yenidən baxıb.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, bu baxış bankların kredit reytinqi və onun proqnozu ilə bağlı indi və yaxın gələcəkdə hər-hansı yeniliyin olması anlamına gəlməməlidir.

Xatırladaq ki, “Moody’s”in bundan əvvəlki açıqlamasında ABB-nin milli və xarici valyutada uzunmüddətli depozit reytinqi "B1", kredit ödəmə qabiliyyəti reytinqi  (Baseline Credit Assessment) isə "b3" səviyyəsində müəyyən edib. Digər bankların müvafiq reytinqləri isə “Kapital Bank”da "Ba3" və "b1", “Xalq Bank”da "B2" və "b3", “Bank of Baku”da "Caa1" və "caa1", “Bank Respublika”da isə "B3" və "B3" olub.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et