"Moody's" agentliyi dolların dominantlığının hələ uzun illər davam edəcəyini düşünür | Banco.az

"Moody's" agentliyi dolların dominantlığının hələ uzun illər davam edəcəyini düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Moody's” agentliyi dolların digər valyutalara qarşı hakim mövqeyinin hələ “onilliklər” boyu davam edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, “Moody's Investor Services” reytinq agentliyinin məlumatına görə, ABŞ dollarının qlobal ticarət və maliyyədə sferasındakı dominantlığı cari problemlərə baxmayaraq, onilliklər ərzində davam edəcək. Bunun əsas səbəbi isə hazırda ona heç bir real alternativin olmamasıdır.

Agentliyin ötən həftə yayımladığı qeydlərin birində aşağıdakı dəyərləndirməyə yer verilib:

“Biz yaxın bir neçə onillikdə daha çoxqütblü valyuta sisteminin yaranacağını gözləyirik, lakin ABŞ dolları ona rəhbərlik edəcək, çünki rəqibləri onun miqyasını, təhlükəsizliyini və konvertasiya qabiliyyətini tam şəkildə təkrarlamaq üçün mübarizə aparacaqlar.”

Bununla belə, reyting agentliyi vurğulayıb ki, dolların mərkəzi bank ehtiyatlarında payının onilliklər ərzində azalması və geosiyasi gərginliyin dərinləşməsi onun qlobal dominantlığını təhlükəyə ata bilər.

Ən sərfəli kredit üçün müraciət et

BVF-nin məlumatları göstərir ki, dolların rəsmi valyuta ehtiyatlarındakı payı əsrin əvvəlində təxminən 78 faiz idisə, 2022-ci ilin dördüncü rübündə bu göstərici 58 faizə düşüb və bu da ötən 20 ilin ən aşağı səviyyəsi sayılır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et