Moody’s agentliyi Bank Respublika-nın “B2” reytinqini bir daha təsdiqlədi | Banco.az

Moody’s agentliyi Bank Respublika-nın “B2” reytinqini bir daha təsdiqlədi

Ötən həftə “Moody's” beynəlxalq reytinq agentliyinin öz hesabatında  “Bank Respublika-nın “B2” uzunmüddətli  reytinqini təsdiqləyərək dəyişməz saxladı. Agentliyin bu qərarı 2015-ci ilin 1 dekabr tarixinə olan maliyyə hesabatlarının göstəricilərinə əsaslanır.

Agentliyin ekspertləri qeyd edir ki, yaranmış çətinliklərə baxmayarq 2015-ci ildə bank kapitallaşma səviyyəsini qoruyub saxlamışdır. Bankın məcmu kapitalı  20.4%, 1-ci dərəcəli kapitalı isə 13.8% təşkil edib.

Eyni zamanda, Bank dayanıqlığını təmin etmək məqsədilə 2015-ci ildə dividendlərin verilməsini dayandıraraq ehtiyatların yaradılmasına xüsusi diqqət yetirmişdir. Buna əsasən agentlik qeyd edir ki, Bankın kifayət qədər valyuta ehtiyatları var, likvidlik dərəcəsi yüksək səviyyədədir ki, müştərilər qarşısındakı öhdəliklər istənilən vaxt yerinə yetirə bilər.  

Ən sərfəli kredit üçün müraciət et

Agentlkik Bankın uzunmüddətli depozit reytinqinin proqnozunun iqtisadi mühiti nəzərə alaraq dəyişə biləcəyini ehtimal edir.

Manatın devalvasiyası və mövcud iqtisadi duruma rəğmən Bank Respublika öz müştərilərinə tam və dolğun şəkildə xidmət göstərir, öz strategiyasını yeni şəraitə uyğunlaşdırmağa çalışır.

Ən sərfəli krediti almaq üçün müraciət et